Bakıda axşam saatlarında sərnişin avtobusu yanıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "Daewoo" markalı sərnişin avtobusunun mühərrik hissəsi yanıb. Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.