Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadınlara qarşı seksual xarakterli hərəkətlərdə təqsirli bilinən 1984-cü il təvəllüdlü İlkin Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Teleqraf.com xəbər verir ki, ötən ilin aprel ayın 19-da Yasamal rayonun əməkdaşları Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü İlkin Qasımov yaxalayıb. Onun gənc qızlara qarşı artıq 5 dəfə seksual xarakterli zorakılıq hərəkətləri etdiyi məlum olub.
İlkin Qasımov Xətai və Nizami rayonlarında da qadınlara hücum edirmiş. O, əsasən binaların liftində və dəhlizində qadınlara qarşı zorakılıq edib, onları yerə yıxaraq soyundurmağa çalışırmış. İlkin Qasımovun bir neçə belə əməli binaların təhlükəsizlik kameralarına da düşüb. seksual manyak özünə məxsus olan “Mercedes” markalı avtomobilə qurbanlarını güdürmüş və onları xeyli müddət izləyirmiş. Sonra həmin qadınlara hücum edərək onlara qarşı seksual hərəkətlər edirmiş.
Onu da qeyd edək ki, İlkin Qasımov Cinayət Məcəlləsinin digər maddələri 4 dəfə məhkumluq həyatı yaşayıb.
Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham nitqi ilə çıxış edib. Prokuror İlkin Qasımovun 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə prosesi martın 11-də davam etdiriləcək.
Hacı Zeynalov