Bakının Yasamal rayonunda qadın naməlum şəxsin hücumu ilə üzləşib.
Bu barədə Teleqraf.com-a Yasamal Rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə martın 9-da gecə saatlarında baş verib. Naməlum şəxs Bakı şəhər sakini Leylaxanım Zeynalovaya hücum edib. Həmin şəxs qadına zor tətbiq edərək içərisində 97 manatı və 3 ABŞ dolları, habelə sənədləri olan pul kisəsini alıb.
Qadın quldurluqla üzləşməsi ilə bağlı 27-ci polis bölməsinə şikayət edib. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Əfsun Hüseynov tutulub. Əfsun Hüseynov əvvəllər məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov