11 Mart 2015 15:04
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Balakən rayon sakini, 1986-cı il təvəllüdlü Abdulla Saramanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, 2014-cü ilin sentyabr ayının 18-də Xırdalan şəhərində Abdulla Saramanov tanışı, 32 yaşlı Ramil Məmmədovu bıçaqlayaraq qətlə yetirib. Tanışlar arasında mübahisə hadisədən bir il öncdən başlayıb.

istintaqa ifadə verən Abdulla Saramanovun sözlərinə görə, həmin mübahisədən sonra Ramil Məmmədovla görüşüb və söhbət etmək qərarına gəlib. Telefonla əlaqə zamanı isə Ramil Abdullanın ünvanına nalayiq ifadələr işlədib. Bu hadisədən bir il sonra tanışından incik qalan Abdulla Ramil yenidən axtarmağa başlayıb.

Telefonla Ramili yola gətirən Abdulla ona görüş təyin edib. Abdulla Saramanov Ramil Məmmədova bıçaqla 5 dəfə xəsarət yetirib. Yaralı çoxlu qan itirdiyindən hadisə yerində dünyasını dəyişib. Abdulla Saramanov isə Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Amma Abdulla əməlinə görə, peşiman olmadığını deyib.

Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı martın 18-ə təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər