Qusar rayonunda qadınları fahişəliyə cəlb edən kişi yaxalanıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bununla bağlı əməliyyatı Qusar Rayon Polis Şöbəsinin əməkdaşları keçirib. Keçirilən əməliyyat tədbirləri nəticəsində Kiriq kənd sakini Mətləb Əmirov həbs edilib.
Mətləb Əmirov kənddə gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov