Lənkəran şəhərində narkotiklə bağlı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, əməliyyat şəhərin Səməd Vurğun küçəsi, 72 ünvanında keçirilib.
Əməliyyat nəticəsində keçmiş məhkum İqbal Həsənovun evində tiryəkxana təşkil etməsi məlum olub.
Aparılan axtarışlar zamanı evdən 31 bükümdə 1,5 qram narkotik vasitə olan heroin, 3 ədəd “Metodon” həbi, heroinin inyeksiya vasitəsi ilə qəbul edilməsi üçün istifadə olunan 46 ədəd şpris, digər ləvazimatlar, o cümlədən 1 ədəd elektron tərəzi və 1 ədəd soyuq silah hesab edilən beşbarmaq aşkar edilərək götürülüb.
Əməliyyat-axtarış tədbiri zamanı İqbal Həsənovun evindən narkotik istifadəçiləri olan, əvvəllər eyni əməllərə görə məhkumluq həyatı yaşamış Lənkəran şəhər sakinləri Valeh Bədəlov, Rövşən Sultanov və Elman Quliyev aşkarlanaraq saxlanılıb.
Hacı Zeynalov