Salyan rayonunda iki il öncə yol qəzası törədən sürücü müəyyən edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2013-cü il mayın 17-də Salyan rayonu ərazisində Qızqayıt Gözəlovanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin “MAN” markalı avtomobilin sürücüsü - Astara rayon sakini Mehdi Kərimov tərəfindən törədildiyi müəyyənləşib. O, həbs edilib.
Hacı Zeynalov