16 Mart 2015 18:47
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Gəncə şəhər Baş Polis İdarəsindən bildirilib.

Məlumata görə, Gəncə şəhər sakini Rüstəm Sadıqov və Göygöl rayon sakini Şirxan Abdullayev arasında qız üstündə mübahisə yaranıb. Qısqanclıq zəminində yaranan mübahisə zamanı onlar bir-birinə bıçaqla xəsarət yetiriblər. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Kəpəz Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: