19 May 2014 10:13
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıdakı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Şakir Teymur oğlu Umbatova qardaşı Tofiq Teymuroviç Hümbətovun gətirdiyi sovqata və üzərinə baxış keçirilib.

Baxış zamanı "Biskvit" kətələrinin içərisindən sellofan paketə bükülmüş xalis çəkisi 1.962 qram olan narkotik vasitə "Tiryək", 78 (yetmiş səkkiz) ədəd "Tramadol" həbləri, 2 (iki) ədəd "Nokia" markalı mobil telefon aparatları və 1 (bir) ədəd mobil telefon aparatı üçün nəzərdə tutulmuş elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Şakir Umbatov Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsinə əsasən həbs edilib.

Fakt üzrə araşdırma aparılır.


Müəllif: