26 Mart 2015 10:46
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 25-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Respublika Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumata görə, baş verən qəzalar nəticəsində 5 nəfər ölüb, 23 nəfər yaralanıb. Ən ağır yol nəqliyyat hadisəsi Mingəçevir şəhərində baş verib. Baş verən qəza zamanı 3 nəfər ölüb, 12 nəfər yaralanıb.

Hacı Zeynalov


Müəllif: