26 Mart 2015 18:10
2 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikada 32 yaşlı müəllimə şagirdlərinin gözü qarşısında döyülüb.

ANS PRESS-in “The Mirror”a istinadən verdiyi məlumata görə, müəllimə həmcinsi tərəfindən hücuma məruz qalıb.

Belə ki, 35 yaşlı Lelia Parades ərinin məşuqəsi olduğu üçün 32 yaşlı Marsella Tovara hücum edib. Qadın müəlliməni söyüb, onu fahişə adlandırıb və onu döyüb.

Hadisə zamanı sinifdəki şagirdlər qadınları ayırmaq əvəzinə onları videoya çəkiblər. Videoya çəkməkləri bəs deyilmiş kimi, şagirdlərdən biri “parçala onu” deyərək bağırıb. Müəlliməni döyəndən sonra qadın sinif otağını tərk edib.

Hadisəni çəkən şagirdlər sonradan həmin videonu sosial şəbəkələrdə paylaşıb.


Okulu basıp öğretmeni evire çevire dövdü by cumhuriyet


Müəllif:

Oxşar xəbərlər