Ucar rayonunda bədbəxt hadisə baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Qaradaşı kəndində qeydə alınıb.
Kənd sakini, azyaşlı Sevinc Orucova su kanalında boğularaq ölüb. Onun meyitini atası tapıb. Boğulan uşaq yeni ailə quran Elnur Orucovun tək övladı idi.
Hacı Zeynalov