Gəncə şəhərində intihar hadisəsi baş verib.
Gəncə Şəhər Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə şəhərin “Mahrasa bağı” adlanan ərazisində qeydə alınıb.
11-ci sinif şagirdi Fəridə Məmmədova hündürmərtəbəli binanın 13-cü mərtəbəsindən özünü ataraq ölüb. 1997-ci il təvəllüdlü məktəblinin hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov