Tovuz rayonunda intihara cəhd hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Əyyublu qəsəbəsində qeydə alınıb.
Məlumata görə, kənd sakini, 1991-ci il təvəllüdlü Sübhan Nağıyev xeyli miqdarda dərman içərək özünü öldürmək istəyib. O, Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib.
Həmin qəsəbədə bir neçə gün əvvəl daha bir intihara cəhd hadisəsi olub. Əyyublu qəsəbəsində seksual xarakterli hərəkətlərə məruz qalan 20 yaşlı tələbə qız G.K özünü öldürmək istəyib.
Qeyd edək ki, martin 22-də saat 12 radələrində Kamil Məmmədov, Elməddin Niyazov ilə birgə G.K qaçırıb. Qızı möhkəm döyüb və ona qarşı seksual hərəkət ediblər. Daha sonra qızı nənəsigilə gətiriblər.
Bir neçə saat sonra qıza zəng edərək baş verənləri çəkdiklərini bildiriblər. Əgər küçəyə çıxmazsa fotoları yayacaqlarını bildiriblər. Qıza qarşı seksual hərəkət edənlər baş verən hadisəni dostları Kərimov Mürsəl Asif oğlu və Rzayev Nemət Həsrət oğluna danışıblar. Bu dəfə onları da özləri ilə gətiriblər. Qızın başına oyun açdıqdan sonra yenidən gətirib nənəsigilə qoyublar. Baş verənlər haqda kiməsə danışacağı halda qızı ölümlə hədələyiblər.
Hacı Zeynalov