30 Mart 2015 13:29
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD və digər silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan Tariyel Mustafayev, Ruslan Mustafayev, Namiq Məmmədov, Elvin Əliyev, Tural Həsənov və Fərid Muradovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.

Teleqraf.com xəbər verir ki, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərdən Tural Həsənovun vəkili Elmar Süleymanov vəsatətlə çıxış edib. O, hüquqlarını müdafiə etdikləri şəxslərin dəmir barmaqlıqlardan çıxarılaraq vəkillərinin yanında oturmasını, işin baxılmasına xitam verilərək, ibtidai istintaqa qaytarılmasını xahiş edib.

Bundan sonra hakimlər qərar qəbul etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakimlər kollegiyası qərarı elan edib. Onlar vəkillərin verdikləri vəsatətləri heç birini təmin etməyib.

Məhkəmə baxışı aprelin 6-a təyin edilib.

Qeyd edək ki, ötən il sentyabrın 23-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimaiyyətlə Əlaqələr Mərkəzi keçirilən əməliyyat tədbiri barəsində məlumat yayıb. Həmin məlumata görə, (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 Azərbaycan vətəndaşı tutulub.

Hacı Zeynalov


Müəllif: