Bakının Binəqədi rayonunda şirkətdən külli miqdarda pul oğurlanıb.
Binəqədi rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, oğurluq hadisəsi rayonun 7-ci mikrorayonda yerləşən “Ramse” MMC-nin ofisində baş verib.
Naməlum şəxs və ya şəxslər şirkətin ofisinə daxil olaraq 68 min 500 manat oğurlayıblar. Hazırda polis əməkdaşları oğurluğu törədən şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılar.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov