31 Mart 2015 14:35
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər sakini Ucarda elektrik cərəyanı vurması nəticəsində ölüb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, martın 30-da Ucar rayonunun Qazıqumlaq kəndində yerləşən quşçuluq fermasında işləyən Bakı şəhər sakini Ülvi Niftiyev elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər