Cəlilabad rayonunda “Detektiv press” qəzetinin şöbə müdiri narkotiklə yaxalanıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, martın 31-də saat 05 radələrində Cəlilabad şəhəri ərazisində Bakı şəhər sakini Səbuhi Ağalarovun idarə etdiyi “Mercedes” markalı avtomobil Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Avtomobilə baxış zamanı ümumi çəkisi 4 kiloqram narkotik vasitə - 2 kiloqram 135 qram heroin, 805 qram marixuana və 1 kiloqram 30 qram tiryək aşkar edilərək götürülüb.
S.Ağalarov və onun sərnişini, Bakı şəhər sakini Xanış Qasımov tutulublar. İlkin araşdırmalarla Səbuhi Ağalarovun “Detektiv press” qəzetinin şöbə müdiri olduğu müəyyən edilib.
Hacı Zeynalov