31 Mart 2015 16:59
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən Tural Baratovun cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tural Baratov tutulub.

Tural Baratov ötən ilin dekabrın 3-də, saat 21:00 radələrində, Oruc Əliyev küçəsində şəxsi münaqişə zəminində Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Əli İsayevə bıçaqlayıb.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə Tural Baratovun anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı aprelin 7-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər