Bakı Apelyasiya Məhkəməsində atasını baltalarayaq öldürən 1997-ci il təvəllüdlü Şamil Razayevin cinayət işi məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hadisə 2014-cü ilin may ayının 10-da Türkan qəsəbəsi Üzümçülük sovxozunda baş verib.
Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Şamil Rzayev yaşadığı evdə münaqişə zəmnində atası, 1972-ci il təvəllüdlü Qalib Nəsu oğlunun baş nahiyəsinə üç dəfə balta ilə vuraraq qətlə yetirib. Şamil Rzayev Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şamil Rzayev 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən Baş Prokurorluq narazı qalaraq apelyasiya protesti verib. Prokurorluq protestində Şamil Rzayevin cəzasının ağırlaşdırılmasını istəyib.
Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə apelyasiya protesti üzrə qərar elan edilib. Qərara görə, Şamil Rzayevin cəzasının artırılaraq 10 il müddətinə təyin edilməsi ilə bağlı şikayət təmin edilməyib.
Hacı Zeynalov