Qusar şəhərində mağazadan oğurluğa cəhd edilib.
Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə 2 aprel 2015-ci il tarixdə, gecə saat 04:28 radələrində baş verib.
Quba Regional Mühafizə Şöbəsinin əməkdaşları Abdulrəhmanov Tariyel Nəbi oğluna məxsus “Aydan” market mağazasından Mərkəzi Mühafizə Məntəqəsinə (MMM-ə) daxil olmuş “həyəcan” siqnalını yoxlayıb.
Yoxlama zamanı obyektin giriş qapısının sındırıldığını aşkar edilib. Obyektdən oğurluğa cəhd edən Qusar sakini, 1992-ci il təvəllüdlü Rəhimxanov Rəşid Səlimxan oğlu yaxalanıb. O, Qusar Rayon Polis Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov