Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitə və odlu silah saxlamaqda təqsirləndirilən Fuad Əsədullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Xocahəsən qəsəbə sakini, 38 yaşlı Fuad Əsədullayevin yaşadığı evdən İtaliya istehsalı olan 1 ədəd “Parad-117” markalı tapança səs boğucusu ilə birgə tapılaraq götürülüb.
Saxlanılan şəxsin üstünə baxış zamanı narkotik maddə olan marixuana da aşkarlanıb. Əməliyyatçılar evdən həmçinin 6 kiloqramdan çox qurudulmuş marixuana da götürüblər. Fuad Əsədullayev ifadəsində bildirib ki, silahı bir neçə ildir əldə edib yaşadığı evdə gizlədib. Narkotik maddəni isə yay aylarında həyətdəki dibçəklərə əkərək becərib.
Məhkəmənin hökmü ilə Fuad Əsədullayev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov