9 Aprel 2015 13:34
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda avtoxulqanlıq edən sürücülər məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, cari il mart ayının 21-də Nazim Cəfərov idarə etdiyi “Ford” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb

Onun barəsində toplanmış material Səbail rayon məhkəməsinə göndərilib. Məhkəmənin 28 mart 2015-ci il tarixli qərarına əsasən N.Cəfərov İnzibati Xətalar Məcəlləsinin 296-1.1 maddəsi ilə təqsirli bilinərək 1 il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib və barəsində 500 manat cərimə inzibati tənbeh növü tətbiq edilib.

Cari il mart ayının 20-də Rövşən Rəşidov idarə etdiyi “TOFAŞ” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış material Səbail rayon məhkəməsinə göndərilib. Məhkəmənin 21 mart 2015-ci il tarixli qərarına əsasən R.Rəşidov İXM-nin 296-1.1 maddəsi ilə təqsirli bilinərək 1 il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum ediliv və barəsində 1 ay həbs inzibati tənbeh növü tətbiq edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər