Bakının Qaradağ rayonunda evdən oğurluq edilib.
Bu barədə Teleqraf.com-a Qaradağ rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, rayon ərazisində yaşayan X. Ş.-nın evinə gələn Şamaxı rayon sakini R. C. oğurluq edib. R. C. əvvəlcə X. Ş. ilə intim münasibətdə olub və daha sonra evdən gedəndə qadının bahalı telefonun oğurlayıb.
X. Ş. baş verən oğurluq hadisəsi ilə bağlı 38-ci polis bölməsinə şikayət edib. Onun şikayəti əsasında R. C. həbs edilib. R. C. əvvəllər də məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov