Gömrükçülər Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı Məhərrəm Məmmədovun üzərində şəxsi yoxlama aparıb.
Bu barədə Teleqraf.com-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Yoxlama zamanı Məhərrəm Məmmədovun daxili orqanından (düz bağırsağından) 2 ədəd bükümdə, ümumi xalis çəkisi 8,254 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Naibə QURBANOVA