Gəncədə dəhşətli qətl hadisəsi baş verib.
Teleqraf.com-un Region TV-yə istinadən verdiyi məlumata görə, Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin 4 saylı Enerji Təchizat Stansiyasının əməkdaşı 47 yaşlı Kifayət Əhmədova iş yerində dayısı, 77 yaşlı Qəzənfər İsgəndərov tərəfindən bıçaqlanıb. Ağır bədən xəsarətləri alan qadın Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsində müayinə olunan qadına bir neçə bıçaq zərbəsi vurulduğu aşkar edilib.
Faktla bağlı şəhər Baş Polis İdarəsində araşdırma aparılır.