Bu gün axşam saatlarında Bakı-Quba yolunun 125-ci km-də, magistralın Şabran rayonu ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.
Məlumata görə, “VAZ 21099” markalı nəqliyyat vasitəsilə “VAZ 21015” markalı avtomaşın toqquşub. Qəza nəticəsində 4 nəfər müxtəlif bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Onlardan iki nəfər Elnur Əliyev və Təbriz Nuriyev ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb. 1969-cu il təvəllüdlü Səfərəliyev Elbrus Mahmudağa oğlu və Bağırov Eyvaz Maqsud oğlu ilkin tibbi yardımdan sonra Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına göndərilib.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalar aparılır./APA/