Ali Məhkəmədə dostunu öldürməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Yusif Ələkbərzadənin məhkəmə qərarından verdiyi kasasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Yusif Ələkbərzadə bu ilin iyunun 5-də Bakıxanov qəsəbəsində-96 saylı məktəbin həyətində dostu, 1992-ci il təvəllüdlü Elçin Abbasovu bıçaqlayaraq qətlə yetirib.
İstintaq zamanı 21 yaşlı Yusif Ələkbərzadənin dostu 22 yaşlı Elçin Abbasovun köynəyə görə qətlə yetirib.
Hadisə baş verən günü Yusif Ələkbərzadə dostundan köynək istəyib. Lakin Elçin köynəyini Yusifə verməkdən imtina edib. Elə bunun üstündə onlar arasında mübahisə düşüb. Söhbəti 96 saylı məktəbin həyətində davam etdirmək üçün görüş təyin ediblər. Aralarında yaranan mübahisə zəminində Yusif dostu Elçini bıçaqlayaraq qətlə yetirib və hadisə yerindən qaçıb. Buna baxmayaraq polis onu hadisədən bir gün sonra həbs edə bilib.
Yusif Ələkbərzadə Azərbaycan Dövlət Neft Akademiyasının 3-cü kurs tələbəsidir. Elçin Abbasov isə tibb avadanlıqlarının satışı ilə məşğul olurmuş.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökm ilə Yusif Ələkbərzadə 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Yusif Ələkbərzadə aöelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrlik etdiyi kollegiyada Yusif Ələkbərzadənin apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılması barədə qərar qəbul edilib. Qərardan narazı qalan Yusif Ələkbərzadənin vəkili kasasiya şikayəti verib. Müdafiəçi Yusif Ələkbərzadənin apelyasiya şikayətinə məhkəmə istintaqı ilə baxılmasını istəyib.
Hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Yusif Ələkbərzadənin kasasiya şikayəti təmin edilməyib. Məhkəmə onun apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılması nəticəsinə gəlib.
Hacı Zeynalov