Gömrükçülər Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı Yalçın Dadaşovun üzərində yoxlama aparıb.
Bu barədə Teleqraf.com-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Gömrük nəzarətindən keçən zaman şəxsin ayağındakı ayaqqabının hər tayında gömrük nəzarətindən gizlədilmiş cəmi 26 ədəd büküm, şəxsi yoxlama zamanı isə üzərində 1 ədəd büküm olmaqla, ümumilikdə xalis çəkisi 98,609 qram olan narkotik vasitə - tiryək aşkar edilib.
Faktla bağlı təhqiqat aparılır.
Naibə QURBANOVA