Cəlilabad rayon sakini külli miqdarda narkotik satarkən həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş Cəmaləddin Dövlətov həbs edilib. Ondan 5 kiloqram 500 qram tiryək və 770 qram heroin götürülüb.
Hacı Zeynalov