20 Aprel 2015 17:06
1 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə polisi narkotik vasiyələrin qanunsuz dövriyəsinə qarşı daha bir uğurlu əməliyyat keçirib.

Teleqraf.com-un əməkdaşının verdiyi xəbərə görə, əməliyyat zamanı ümumilikdə 405.10 qram narkotik vasitə sayılan marixuana ələ keçirilib.

Rayon polis şöbəsinə daxil olan əməliyyat zəngi zamanı Bərdə şəhəri, Nüşabə küçəsi, ev 4 ünvanında qeydiyyatda olan, hazırda isə Bərdə şəhər "Təzə məhlələr" adlanan ərazidə yaşayan 1976-cı il təvəllüdlü Cəfərov Tələt Allahyar oğlu saxlanılıb. Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən onun üstündən 10.10 qram narkotik vasitə aşkarlanıb.

İlkin dindirilmə zamanı isə o, Tərtərçay kənarında daha bir bağlamada narkotik vasitə gizlətdiyini deyib. Təqsirləndirilən şəxs tərəfindən göstərilən yerə başıx keçirilən zaman orada xüsusi bağlamada 395 qram olan narkotik vasitə aşakaralanaraq götürülüb.

Təqsirləndirilən şəxs ailəlidir, 2 övladı var. O, əvəllər də narkotik vasitənin qanunsuz satışı ilə məşğul olmasına görə həbs edilib. Saxlanılan şəxs cəzasının çəkilməmiş hissəsini 5 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkirdi. Cəza müddətinin başa çatmasına 3 ay qalan Tələt bu dəfə Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirləndirilir. Onun barəsində müvafiq madəyə uyğun olaraq cinayət işi açılıb.

Daşqın Abdullayev


Müəllif: