22 Aprel 2015 16:39
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində daş karxanasında qətl hadisəsi törətməkdə təqsirli bilinən Nurəddin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin mayın 25-də Qaradağ rayonu Səngəçal qəsəbəsinin ərazisində yerləşən daş karxanasında Nurəddin Məmmədov münaqişə zəminində orada işləyənlər, Cəlilabad rayon sakinləri Qabil Həsənova və Fəryaz Məmmədova bıçaqlayıb. Xəstəxanaya yerləşdirilən Fəryaz Məmmədov mayın 26-da orada ölüb, Qabil Həsənova tibbi yardım göstərilib.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Nurəddin Məmmədov 15 il müddətinə azadlıqdan məhrum edilib

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər