23 Aprel 2015 17:15
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər sakininin Fövqəladə Hallar Nazirliyinin sabiq əməkdaşı tərəfindən ona qarşı yol verilmiş qanunsuz hərəkətləri barədə 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyindən (FHN) Baş Prokurorluğa daxil olmuş eyni məzmunlu müraciət üzrə aparılmış araşdırmalar zamanı Anar Allahverdiyevin FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsində bölmə rəisi vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə etməklə Bakı şəhər sakinini həmin xidmətə işə qəbul etdirmək adı ilə aldadaraq 8 min manat məbləğində pulunu ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər