24 Aprel 2015 13:28
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Sabunçu qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Elvin Əlizadə idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən paytaxt sakini Qasım Məhərrəmovu vurub. Xəstəxanaya yerləşdirilmiş Q.Məhərrəmov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: