27 Aprel 2015 14:20
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda nənə və nəvəni xəsarət alması ilə nəticələnən yol qəzası törədən sürücü həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, aprelin 25-də saat 21 radələrində Sumqayıt şəhərində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakinləri Şərafət Zeynalova və onun nəvəsi Ramal Tahirov vurulub. R.Tahirov hadisə yerində ölüb, Ş.Zeynalova xəstəxanaya yerləşdirilib.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “VAZ-2106” markalı avtomobilin sürücüsü - şəhər sakini Fərhad Muradi tutulub.

Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: