Bakının Xətai rayonunda qadınları fahişəliyə cəlb edən yaxalanıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Xətai Rayon Polis İdarəsinin 37-ci bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Yeganə Məmmədova həbs edilib. O, gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.
Müəyyən olunub ki, Yeganə Məmmədova bu işə martın 16-dan başlayıb. Onun qadınları fahişəliyə cəlb etməsi barədə hüquq-mühafizə orqanlarında əməliyyat məlumatı olub. Məlumat əsasında əməliyyat keçirilib, nəticədə məlumat dəqiq olması üzə çıxıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov