Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Xaçmaz rayon sakini Salamat Hacımuradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmü ilə S. Hacımuradov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş Salamat Hacımuradov tutulub. Ondan 4 kiloqram marixuana götürülüb.
Hacı Zeynalov