30 Aprel 2015 12:59
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda silsilə oğurluq hadisələri törədən 25 yaşlı oğlan həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Xəzər rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, martın 21-də Buzovna qəsəbəsi Albalılıq yaşayış sahəsində yaşayan Şamin Dostməmmədovun N.Əliyev küçəsində yerləşən evindən, pəncərəni açmaqla 3000 manat və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini, 1992-ci il təvəllüdlü Asəf Xasay oğlu Feyzullayev tutulub.

Aparılan araşdırmalar zamanı məlum olub ki, o, aprelin 22-də Saleh Hüseynovun Albalılıq yaşayış sahəsində yerləşən bağ evindən pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla 1 ədəd köynək, aprelin 20-də həmin yaşayış sahəsində yaşayan Cavid Gəncəlinin evindən, pəncərənin barmaqlıqlarını sındırılaraq notebook və monitor, martın 13-də Rafael Cəfərovun evindən, qapını sındırmaqla 950 manat və 8000 manat dəyərində qızıl zinət əşyaları, yanvarın 16-da Vüsal Möhüd oğlu Hacıyevə məxsus yarımtikilidən inşaat materialları oğurlayıb.

Bundan başqa, aprelin 11-də Binə qəsəbəsi Atçılıq yaşayış sahəsində yaşayanlar İlqar Əli oğlu İbrahimovun evindən, plastik qapını açmaqla 1000 manat və qızıl zinət əşyaları, arelin 17-də Yunis Əliyevin evindən, pəncərəni açmaqla qızıl-zinət əşyaları, aprelin 4-də Ramil Kərəm oğlu Məmmədovun evindən, pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla 1800 manat və qızıl zinət əşyaları, yanvarın 18-də Etibar Zəkiyevin evindən, pəncərənin dəmir barmaqlığını sındırmaqla 1850 manat və qızıl zinət əşyaları, martın 29-da Telli Ərəbovanın evindən, pəncərəni sındırmaqla 100 manat və qızıl zinət əşyaları, martın 25-də Kəmalə Seyidovanın evindən, pəncərədən keçməklə 1000 manat və qızıl zinət əşyaları, aprelin 12-də Elman Qasımovun evindən, pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla 2500 manat və qızıl-zinət əşyaları gizli yolla talayıb.

Müəyyən edilib ki, Asəf Feyzullayev aprelin 10-14 tarixlərində Bakı şəhər sakini Sahilə Kəngərlinin Buzovna qəsəbəsində yerləşən bağ evindən, pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla 1500 ABŞ dollar və 500 manat, martın 18-də Fəxriyyə Əliyevanın bağ evindən, plastik pəncərəni sındırmaqla süfrə, aprelin 26-da Bəxtiyar Sultanovun evindən, pəncərənin dəmir barmaqlığını sındırmaqla 4 manat aparıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər