5 May 2015 13:42
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda keçmiş məmurun qətlində təqsirli bilinən şəxslər həbs edilib.

Teleqraf.com xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində ötən ilin sentyabrın 1-də baş verən qətlin üstü açılıb.

Məlumata görə, 50 yaşlı Füzuli Haqverdi oğlu İsgəndərovun qətlində həyat yoldaşı Xalidə İsgəndərova və qızı Əminə İsgəndərova təqsirli biliniblər. Ana və qızı artıq həbs edilib.

Qeyd edək ki, sentyabr ayının 1-də Füzuli İsgəndərov Babək prospektində yerləşən 17 nömrəli evin həyətində, qarajının yanında qətlə yetirilib. Hadisə adıçəkilən rayonun 24-cü polis bölməsinin ərazisində baş verib. Qatil onun boğazını kəsərək öldürüb.

Bununla yanaşı, qətlin digər təfərrüatları da məlum olub. Məlumat verilib ki, qatil maskada olub. O, qurbana 19 bıçaq zərbəsi vurduqdan sonra boğazını kəsib. Bıçaq zərbələrinin sayının çox olması Füzuli İsgəndərovun müqavimət göstərməsindən xəbər verir.

Sonra cinayətkar binanın girişinə yönəlib və Füzuli İsgəndərovun mənzilinə daxil olub. Evdə qətlə yetirilənin həyat yoldaşı olub. Söhbət zamanı qadın, cinayətkarın ona hücum elədiyini və boğmağa çalışdığını bildirib. Qadın onun maskasını çıxararaq onu öldürməməsi üçün yalvarıb. O, bütün qızılları və pulları verəcəyini deyib. Qadını sağ buraxan cani hadisə yerindən qaçıb.

Xatırladaq ki, avqust ayının 29-da Füzuli İsgəndərov qızına toy edib.

Füzuli İsgəndərov uzun müddət Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşevin müavini vəzifəsində çalışıb.

Cinayət hadisəsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər