Salyan rayonunda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Xələc kəndində qeydə alınıb.
Məlumata görə, kənd sakini Gülyanaq Məmmədova yaşadığı evin damında özünü asaraq ölüb. Gülyanaq Məmmədovanın hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov