Mayın 14-də Heydər Əliyev Beynəlxalq Hava Limanında silahlı şəxs saxlanılıb.
Bunu Trend-ə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Xidmət rəisi Məhərrəm Səfərli bildirib.
Onun sözlərinə görə, bu gün səhər saat 04:30-da Ukrayna Beynəlxalq Hava Yollarının təyyarəsinə minik başlayarkən Aviasiya Təhlükəsizliyi İdarəsinin əməkdaşları Bakıdan Kiyevə uçan Azərbaycan Respublikasının vətəndaşı, 1977-ci il təvəllüdlü İsmayılov Vaqif Saleh oğlunun üzərindən tabel silahı olan “Makarov” tipli tapança aşkar ediblər. V.İsmayılovun üzərindən tapança ilə yanaşı, 1 ədəd daraq və 6 ədəd döyüş patronun aşkar edilərək götürülüb.
V. İsmayılov Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.