15 May 2015 17:54
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində valyutadəyişmə məntəqəsinə basqın etməkdə və polis əməkdaşını öldürməkdə ittiham olunan Radik Ağaməmmədov, Cavid Məhərrəmov, Murad İsayev, Elxan İsrafilov, Elman Musayev, Bağır Azayev, Şamil Manafov, Tərlan Salmanov, Osman Mustafayevun məhkəmə prosesi davam etdirilib.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son söz deyiblər. Daha sonra hakimlər hökm qəbul etmək üçün müşavirə otağına yollanıblar. Hökm mayın 18-də elan ediləcəyi gözlənilir.

Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror 6 nəfərin 15 il, 1 nəfərin 13 il, 1 nəfərin 14 il, bir nəfərin isə 10 il müddətinə azadlıqdan məhrum edilmə cəzası istəyib.

İttihama görə, 2013-cü il oktyabrın 16-da Qusar şəhərinin ərazisində bir qrup silahlı şəxs valyutadəyişmə məntəqəsinin işçisinə küt alətlə xəsarət yetirib və oradan külli miqdarda pul aparılıb. Keçirilən əməliyyat tədbirləri zamanı onlar odlu silahlardan atəş açaraq bir polis əməkdaşını qətlə yetirib, üçünü isə yaralayıb. Hadisədən sonra qaçıb gizləndiyi üçün Qusar şəhər sakini, 1988-ci il təvəllüdlü Ağamuradov Radik Rükməddin oğlu Cinayət Məcəlləsinin 120.2.1, 29.120.2 və 181.2.5-ci maddələri ilə axtarışda olub.

Quba rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Radif Ağamuradov, eləcə də onunla birlikdə olan Şamil Manafov və Tərlan Salmanov rayonun Küsnət-Qazma kəndi ərazisində tutulublar.

Onlardan “Makarov” və “Naqan” tipli 2 tapança, tapança üçün səsboğucu, 35 ədəd patron, 1 ədəd qumbara, 1 ədəd ov bıçağı və çöl şəraitində istifadə edilən xeyli məişət əşyası aşkar edilərək götürülüb

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər