19 May 2015 11:07
4 706
12 Punto 14 Punto 16 Punto 18 Punto

12.30

Teleqraf.com-un əməkdaşının verdiyi məlumata görə, FHN-in hadisə yerinə cəlb olunan yanğınsöndürənlərinın səyi nəticəsində yanğın söndürülüb.

12.15

Hadisə yerinə FHN vertolyotu cəlb olunub.

Teleqraf.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, artıq yaşayış binasında qalan şəxslərdən 6 nəfər Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilib.

Binada qalan digər şəxslərin xilas edilməsi üçün tədbirlər görülür.

Yanğın baş verən binada ölənlərin olub-olmadığı hələlik məlum deyil.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

11.20

FHN hadisə ilə bağlı açıqlama yayıb. Məlumatda bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunmuş və aidiyyəti qurumlar məlumatlandırılıb.

Yanğının söndürülməsi davam edir. Əlavə məlumat veriləcək.

11.15

Azadlıq metrosu yaxınlığında 9 mərtəbəli bina yanır.

Teleqraf.com-un əməkdaşının verdiyi məlumata görə, yanan bina Binəqədi rayonu ərazisində, Azadlıq prospekti, 289 ünvanında yerləşir. Hadisə yerinə FHN-nin 5 yanğınsöndürəni cəlb edilib.

Hadisə yerində olan müxbirimizin veridyi məlumata görə, binanın üzlüyü alışıb. Yananın binanın ətrafındakı binaların sakinlərinə mənzillərini tərk etmək tapşırılıb.

Qeyd edək ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası tərəfindən hadisə yerinə 4 təcili yardım briqadası göndərilib.

Jurnalist Sevinc Fədai və körpə övladı yanan çöxmərtəbəli binada qalıb.

11.07

Azadlıq metrosu yaxınlığında 9 mərtəbəli bina yanır.

Teleqraf.com xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, yanğının yaxınlıqdakı 5 mərtəbəli binaya keçmək ehtimalı da var.

Hadisə yerinə yanğınsöndürən və təcili yardım briqadaları cəlb olunub.

Samir


Müəllif: