22 May 2015 12:25
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi rayonunda iki yeniyetmə suda boğularaq ölüb.

Teleqraf.com-un xəbərinə görə, hadisə rayonun cəbhə xəttinə yaxın Qiyaməddinli kəndində qeydə alınıb.
Bədbəxt hadisə zamanı iki qohum, 1994-cü il təvəllüdlü Piriyev Elgiz Nizami oğlu və onun qohumu, 2000-ci il təvəllüdlü Piriyev Qəlbinur İsa oğlu Qarqarçayda boğularaq ölüblər.

Qarqarçay öz mənbəyini işğal olan ərazilrdən götürür. Uzun müddət çayda suyun olmaması səbəbindən burada ekskavatorlarla iş aparılıb. Bu işlər zamanı çayın hövzəsində təxminən 3-4 metr dərinlikdə çuxurlar əməmə gəlib. İndi çay hövzəsinə suyun gəlməsi həmin çuxurları doldurub ki, gənclər də bunu bilmədikləri üçün həmin ərazidə çimərkən boğulublar. Hər iki şəxsin cəsədi kənd sakinləri tərəfindən aşkarlanaraq dəfn edilib.

Daşqın Abdulayev


Müəllif:

Oxşar xəbərlər