26 May 2015 12:05
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda silahlı insident baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Ləhiş bağlarında qeydə alınıb.

Bakı şəhər sakini,1972-ci il təvəllüdlü İmran Soltanov yaşadığı evdə ov tüfəngi ilə qardaşı, 1977-ci il təvəllüdlü Tərlan Soltanovu güllələyib. Güllə yarası alan Tərlan Soltanov xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən İmran Soltanov həbs edilib. İmran Soltanov bildirib ki, qardaşı ilə torpaq üstündə mübahisə ediblər. Onun sözlərinə göprə, Tərlan Soltanova ata torpağından ona pay vermək istəməyib. Buna görə də qanlı cinayət hadisəsi baş verib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: