26 May 2015 16:58
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirli bilinən Elbəy Qədirov, Amlet Xankişiyev, Niyal Tağıyev, Vahib Zülfüqarov, onun atası Vahid Zülfüqarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, keçən il Qobustan rayonunda Vahib Zülfüqarov sevdiyi qızı qaçırmaq üçün dostları Elbəy Qədirov, Amlet Xankişiyev və Niyal Tağıyevlə birlikdə dəstə yaradıb. Dəstə üzvləri zorla Vahib Zülfüqarovun sevdiyi qızı zorla qaçırıblar. Qızın valideynləri Polis Şöbəsinə şikayət ediblər. Şikayət əsasında dəstə üzvləri həbs edilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə bilinən Elbəy Qədirov 11 il, Amlet Xankişiyev 11 il, Niyal Tağıyev 10 il 6 ay, Vahib Zülfüqarov 12 il, Vahid Zülfüqarov 10 il müddətinə azadlıqdan məhrum edilib. Vahid Zülfüqarovun barəsində başqa yerə getməmək barədə qəti imkan tədbiri ləğv edilib. O, məhkəmə zalından həbs edilib.

Hacı Zeynalov


Müəllif: