27 May 2015 14:09
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində xuliqanlıqda təqsirli bilinən Elnur Məmmədzadənin apelyasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə məhkum olunan Elnur Məmmədzadə cəzasının çəkilməmiş qalan hissəsini azadlıqda keçiriməsi istəyi ilə Qaradağ Rayon Məhkəməsinə ərizə ilə müraciət edib. O, müraciətində məntəqə tipli cəza çəkmə müəssisəsinə keçirilməməsini istəyib. Lakin Qaradağ Rayon Məhkəməsi onun ərizəsini təmin etməyib. Qərardan Elnur Məmmədzadə apelyasiya şikayəti verib.

Hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə Elnur Məmmədzadə çıxış edib: “1 il 7 aydır həbsdə saxlanılıram. Mən «volya», azadlıq istəyirəm. Çünki cəmiyyətə lazımam. Buna görə də azadlığa buraxılmağımı xahiş edirəm”.

Hakim bildirib ki, məhkumun vaxtından əvvəl azadlığa buraxılması üçün cəzaçəkmə müəssisəsinin rəhbərinin rəyi olur. Hakimin sözlərinə görə, müəssisə rəhbəri Elnur Məmmədzadənin barəsində müsbət rəy verməyib. Bu səbəbdən hakimlər Elnur Məmmədzadənin apelyasiya şikayətini təmin etməyiblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər