30 May 2015 09:51
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda vətəndaş öz həyətində quyuya düşüb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyini “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər vətəndaşa köməyə ehtiyacı var.

FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerinə baxış keçirilərkən məlum olub ki, vətəndaşa məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən əlavə tikilinin döşəməsinin çökməsi nəticəsində əmələ gəlmiş diametri təxminən 3-4 metr, dərinliyi təxminən 3 metr olan quyuya düşmüş və aldığı xəsarət nəticəsində düşdüyü quyudan çıxmaq iqtidarında olmayıb.

Xilasedicilər vətəndaşı dağıntılar arasından çıxarıb və hadisə yerinə çağrılmış Təcili tibbi yardım stansiyasının əməkdaşlarına təhvil veriblər.


Müəllif: