Ali Məhkəmədə Şamaxı rayonunda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1996-cı il təvəllüdlü Elbəy Gülməməmmədov, 1996-cı il təvəllüdlü Nihat İsmayılov və 1998-ci il təvəllüdlü Fərahim Müslümovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, Elbəy Gülməmmədov 28 iyun 2013-cü il tarixdə, saat 18 radələrində yaşadığı Şamaxı rayonunun Göylər kəndində yerləşən “Nəsirxan” bulağının yaxınlığıında 1999-cu il təvəllüdlü Seymuru (ad şərti verilib- H.Z) barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib. O, azyaşlıya hədə-qorxu gələrək onunla cinsi əlaqədə olub. Bundan başqa, o, 6 oktyabr 2013-cü il tarixdə, saat 19 radələrində hədə-qorxu gəlmək yolu ilə Seymurla yenidən cinsi əlaqədə olub.
Həmin ilin mayın 8-də Nihat İsmayılov da Seymuru zorlayıb. Oktyabrın 30-da Nihat Seymuru Göylər kəndində yerləşən “Nohur düzü” adlanan yerə aparıb və orada onunla cinsi əlaqədə olub.
İttiham sənədlərində qeyd olunur ki, digər təqsirləndirilən Fərahim Müslümov da Seymura hədə-qorxu gəlməklə onunla cinsi əlaqədə olub.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) və 150.2.5-ci (təkrar seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddələri ilə ittiham ediliblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elbəy Gülməmmədov 6 il 6 ay, Nihat İsmayılov 6 il 6 ay, Fərahim Müslümov 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə apelyasiya şikayətləri təmin edilməyib.
Təqsirləndirilən şəxslər cəzalarının yüngülləşdirilməsi ilə bağlı kasasiya şikayəti veriblər.
Hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, onların şikayəti təmin edilməyib.
Hacı Zeynalov