Xaçmaz rayonunda intihar hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, rayon sakini, 1992-ci il təvəllüdlü Maqsud Məmmədov özünü yaşadığı evdə asaraq ölüb.
Maqsud Məmmədovun atası, bacısı və əmisi qızı bir il əvvəl Xəzər dənizində boğulublar. 23 yaşlı oğlan da həmin vaxt hadisə yerində ölüb. Deyilənə görə, Maqsud Məmmədov baş verən hadisəyə görə, sarsıntı keçirib.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov